IQNA

Avropa fətva şurası elan etdi:

18 İyun; Ramazan ayının ilk günü

23:52 - June 06, 2015
Xəbər sayı: 3311463
Beynəlxalq qrup: Avropanın İslami tədqiqat və fətvalar şurası astronomik hesablamalara əsasən cari ilin İyun ayının 18-i, cüməaxşamı gününü, Avropada mübarək Ramazan ayının ilk günü hesab elan etdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "On İslam" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşən Avropanın İslami tədqiqat və fətvalar şurası astronomik hesablamalara əsasən cari ilin İyun ayının 18-i, cüməaxşamı gününü, Avropada mübarək Ramazan ayının ilk günü hesab elan etdilər.



Şuranın dediyinə görə İyun ayının 16-da, həftənin 2-ci günü Ramazan ayı yerli vaxtla saat 14:02-də doğulacaqdır. Buna görə də yeni ayı həfətnin 3-cü günü, İyun ayının 17-də qürubdan sonra istərsə sadə və istərsə də modern alətlərlə təchiz olunmuş gözlə görmək mümkün olmayacaq.



Buna görə də İyun ayının 18-i, cüməaxşamı günü, Avropada mübarək Ramazan ayının ilk günü hesab olunur.



Bundan öncə Amerikanın Ali Fiqhi Şurası da eyni tarixi Ramazan ayının ilk günü hesab edib.



Qeyd edək ki, 2010-cu ilin statistikasına görə hazırda Avropada müsəlmanların sayı 44 milyondan çoxdur.



3311251      

Teqlər: ramazan ، oruc ، ay ، hilal ، avropa ، Ərəb
captcha