IQNA

Ayətullah Ərakinin iştirakı ilə;

Qazağıstanda dünya dinləri və ənənəvi dinlərin rəhbərlərinin konqresi

23:54 - June 08, 2015
Xəbər sayı: 3312271
Beynəlxalq qrup: Qazaxıstanda dünya dinləri və ənənəvi dinlərin rəhbərlərinin 5-ci konqresi "dini rəhbərlərin və siyasətçilərin sülh və inkişaf üçün dialoqu" devizi ilə iyun ayının 10-u və 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcəkdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslami Məzhəblərin Təqribi (yaxınlaşması) Dünya Birliyi"nin rəsmi xəbər portalına istinadən verdiyi xəbərə görə Qazaxıstanda dünya dinləri və ənənəvi dinlərin rəhbərlərinin 5-ci konqresi "dini rəhbərlərin və siyasətçilərin sülh və inkişaf üçün dialoqu" devizi ilə iyun ayının 10-u və 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Həzrət Ayətullah Ərakinin - "İslami Məzhəblərin Təqribi (yaxınlaşması) Dünya Birliyi"nin rəisi, iştirakı ilə keçiriləcəkdir.



Həqiqi dini tanımaq üçün münasib şərait və zəmin yaratmaq, dünyada sülh və anlaşmanın İslam dinin misilsiz nüfuz qüdrəti yolu ilə mümkünlüyü, mötəbər dinlərin nümayəndələrinin vasitəsilə mədəniyyətlər arasında anlaşmanın inkişafı, mənəvi, ruhi dəyərlərin təhsili və dini siyasətbazların əlində oyunacaq olmaqdan çıxartmaq kimi mövzular bu konqresin əsas hədəfləridir.



Bu konqres hər 3 ildə bir dəfə Nursultan Nəzərbayevin himayəsi ilə Qazaxıstanın Astanda yerləşən Sülh sarayında keçirilir.



Qeyd edək ki, Qazaxıstan dünyanın 3 böyük dini olan İslam, Məsihiyyət və Buddisimin birləşdiyi yerdir. Bundan 3 il öncə də burada bu konqres "düyada mənəvi mədəniyyət ilə sülh yaratmaq" devizi altında keçirilmişdir.   



3312061

captcha