IQNA

Londonda hicablı müsəlman qadına hücum edilib

16:08 - June 09, 2015
Xəbər sayı: 3312646
Tehran(İQNA)- Londonun cənubunda yerləşən Kroydon şəhərində 2 uşağını müsəlman məktəbindən götürmək üçün gedən hicablı qadına bir neçə qadın tərəfindən hücum olunub.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən xəbər verir ki, iyunun 4-də Londonun cənubunda yerləşən Kroydon şəhərində 2 uşağını müsəlman məktəbindən götürmək üçün gedən hicablı qadına bir neçə qadın tərəfindən hücum olunub. Adının çəkilməsini istəməyən müsəlman qadın sözügedən qadınlar tərəfindən "Əl-Xeyr" müsəlman məktəbinin yanında təhqir olunaraq döyülüb.


Hadisə haqda "Evening Standard" qəzetinə müsahibə verən müsəlman qadın belə danışıb: "Onlar mənim başörtüyümü çıxardılar. Daha sonra təhqir edərək təpikləməyə başladılar". Paytaxt polisinin sözlərinə görə, hadisəylə əlaqədar şübhəli şəxs qismində 18 və 35 yaşlarında iki qadın saxlanılıb. Qeyd edək ki, İngiltərə cəmiyyətində müsəlmanlara qarşı həqarət İŞİD terror təşkilatının ortaya çıxmasından sonra daha da çoxalıb.

Teqlər: london ، hicablı ، müsəlman ، qadına ، hücum
captcha