IQNA

Malaziyanın beynəlxalq Quran yarışlarının "hifz" üzrə iştirkaçıları yarışa başladılar

23:43 - June 10, 2015
Xəbər sayı: 3313147
Beynəlxalq şöbə: Malaziyanın beynəlxalq Quran yarışlarının "Quranın hifzi" ixtisası üzrə iştirkaçıları bu gün səhər yarışa başladılar.


 İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Malaziyanın beynəlxalq Quran yarışlarının 57-ci turunu işıqlandırmaq üçün Kualalampura ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, Malaziyanın beynəlxalq Quran yarışlarının "Quranın hifzi" ixtisası üzrə iştirkaçıları bu gün səhər, 11 İyun, saat 9:00-dan yarışa başladılar. Səhər vaxtı olduğu üçün salonda cəmiyyət az idi. Cəmiyyətin azlığının səbəblərindən biri də "hifz" üzrə yarışların elə cəzzabiyyət və marağı yoxdur.



Quranın hifzi üzrə yarışlar səhər 9-dan başlayaraq axşam saat 20-dək davam etmişdir.



Qeyd edək ki, Malaziyada dünyanın 70 ölkəsinin iştirakı ilə keçirilən beynəlxalq Quran yarışlarının 57-cu turu 5 gün müddətindən keçiriləcəkdir. Bu yarışlar "vəhdət, milli islahatın nəbzi" devizi ilə keçirilir.   3312921

Teqlər: quran ، hifz ، malaziya ، qiraət
captcha