IQNA

"Rusiya və İslam dünyası" 5-ci müştərək konfransda:

İslam dünyasının ən böyük problemi təfriqə və regiondakı problemlərin ən yaxşı həll yolu dialoqdur

0:26 - June 15, 2015
Xəbər sayı: 3314377
Beynəlxalq qrup: Xəbər verdiyimiz kimi, "Rusiya və İslam dünyası" 5-ci strateji perspektiv müştərək konfransı keçən həftənin cüməaxşamı günü, 11 İyun 2015-ci il tarixində Moskvada işə başlamışdı. Ayətullah Əraki – İslami məzhəblərin yaxınlaşması dünya birliyinin baş katibi, Cümə günü bu konfransda çıxış edib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "TƏQRİB" təşkilatının xəbər və informasiya saytına istinadən verdiyi xəbərə görə, Ayətullah Əraki – İslami məzhəblərin yaxınlaşması dünya birliyinin baş katibi, keçən Cümə günü "Rusiya və İslam dünyası" 5-ci strateji perspektiv müştərək konfransında çıxış edərkən Rusiya federasiyasının İslami ölkələrlə yaxınlaşması və həmkarlığı siyasətini alqışlayaraq vurğuladı: İnsan, Allahın yer üzündəki əsas xəlifəsi olaraq iki mühüm vəzifə və məsuliyyət daşıyır: 1. Yer üzünün abadlaşdırılması; 2. Ədalət və qanunun bərpası.



O çıxışının davamında dedi: İslam dünyasının ən böyük problemi təfriqə və ixtiladır. Bu xəstəliyin ən yaxşı dərmanı Quran ayələri və hədislərə əsasən müsəlmanlar arasında vəhdət  və ixtilafdan çəkinməkdir. Və regionda bu kimi ixtilaflardan əmələ gəlmiş problemlərin ən yaxşı həll yolu dialoqdur.



Ayətullah Əraki – İslami məzhəblərin yaxınlaşması dünya birliyinin baş katibi, çıxışında vurğuladı ki, son illərdəki bütün böhranların, xüsusilə də məzhəbi zəmində qarşıdurmaların, radikallığın və terrorların əsas amilləri və pərdəarxasında oturanları İslam düşmənləridirlər.



O, Rusiya dövlətindən və başqa siyasətçilərdən istədi ki, İraq, Suriya, Yəmə və Əfqanıstanda tördilən vəhşi cinayətlərin qarşını almaqda bütün imkanlardan istifadə etsinlər.



3313943    

Teqlər: rusiya ، İslam ، konfrans ، radikalizm
captcha