İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ər-rə`y" xəbər və informasiya agentliyinə istinadən verdiyi xəbərə görə Küveytin "Ticarət bank"ı və "Küveytin gözdən əlillər birliyi" birgə təşəbbüsü və həmkarlığı ilə mübarək Ramazan ayında Quran-Kərimin "bril" əlifbası ilə olan nüsxələri ikinci dəfə olaraq görmək qüvvəsini itirmiş insanlar üçün çap edildi.
Əmani Əlvər – Küveytin Ticarət bankının ümumi əlaqələr və təbliğat idarəsi rəisinin müavini, Quran-Kərimin ikinci dəfə "bril" əlifbası ilə çap edilməsində həmkarlıq etmələrinin səbəbinə işarə edərək dedi: Quran-Kərimin öncəki "bril" çapıda Küveytin Ticarət bankının həmkarlığı vətəndaşların sevinc və razılığına səbəb olduğu və bunu İslam cameəsinə böyük xidmət hesab etdikləri üçün bu bank bu dəfə də bu nüsxənin çapında həmkarlıq etdi.
Küveytin Ticarət Bankı xeyriyyəçi vətəndaşların mübarək Ramazan ayı müddətində bankmanatlardan istifadəsi zamanı müəyyən miqdarda saxladığı pulu bu Quran nüsxəsinin çapında istifadə edib. Bu puldan xəstəxanaların təmiri və qocalar evinə baş çəkmək üçün də istifadə ediləcəkdir.
Qeyd edək ki, "bril" əlifbasını fransalı Luyis Bril gözdən əlil olanların oxuya bilməsi üçün ixtira etmişdir.