IQNA

Mosulda təkfirçi İŞİD başçısının adına məscid

11:09 - June 23, 2015
Xəbər sayı: 3317692
Beynəlxalq şöbə: Terrorist təkfirçi İŞİD təşkilatı Neynəva əyalətinin mərkəzi olan Mosul şəhərində bir məscidə öz məlun təkfirçi və kafir sərkərdələri olan "Əbu Bəkr Bəğdadi"nin adını verdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İordaniyanın rəsmi xəbər və informasiya portalı olan "PETRA" saytına istinadən verdiyi xəbərə görə Neynəva əyalətində bir təhlükəsizlik mənbəsi xəbər verib ki, təkfirçi terrorist İŞİD təşkilatı bir gün öncə, cari ilin İyun ayının 20-də, Neynəva əyalətinin mərkəzi olan Mosul şəhərində "bab ət-tub" regionunda bir məscidə öz məlun təkfirçi və kafir sərkərdələri olan "Əbu Bəkr Bəğdadi"nin adını verdilər. Advermə mərasimi məscidin rəsmi açılış mərasimi ilə keçirilib.



Bu təhlükəsizlik mənbəsinin verdiyi məlumata görə terroristlər bu məscidin tikilişi üçün lazım olan xərcləri Mosul əhalisindən toplamış və onları məscidin tikilişində işləməyə məcbur etmişlər.



Mənbənin vurğuladığına görə Təravih namazı qılınan məscidlərdə İŞİD-in elamiyyəsinə əməl olunmadığı üçün 8 nəfər camaat imamı həbs olunmuşdur. Bu imam camaatlar məscidə tutuqlanmış və İŞİD-in vəhşi və zalimanə hökmünün intizarındadırlar.



3317039 

Teqlər: İŞİd ، mosul ، İraq ، məscid ، Əbu bəkr
captcha