IQNA

Avstraliyanın "Adlayd"ında mübarək Ramazan tilavəti

11:03 - June 27, 2015
Xəbər sayı: 3319890
Beynəlxalq şöbə: Mübarək Ramazan ayı çatandan Avstraliyanın şiələr yaşayan Adlyad şəhərinin məscidində Quran-Kərim tilavəti və Ramazan ayının xüsusi duaları oxunan məclislər keçirilir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə mübarək Ramazan ayının başladığı ilk günlərdən Avstraliyanın şiələr yaşayan Adlyad şəhərinin məscidində hər gün namazlardan öncə oructutanlar tərəfindən Quran-Kərimdən cüz tilavəti və Ramazan ayının xüsusi duaları oxunan məclislər keçirilir.



Bu məclislərdə iranlı, əfqanistanlı, iraqlı, livanlı, küveytli və səudiyyəli şiələr iştirak edir, Höccətul-İslam vəl-müslimin Ləyaqət Qulam Əli Heydəri dini mövzularda xütbələr oxuyur və mübarək Ramazan ayı ilə bağlı hökmləri oructutanlar üçün açıqlayır.



Bu dini məclisdə hər gün bir cüz Quran-Kərim tilavət edilir, bundan sonra orucluğun xüsusi duaları oxunur və moizələr edilir.



Bu xəbərə görə hər gün bu məscidə tilavət və dua məclislərindən sonra camaat namazı qılınır və iftarlar verilir.



3319772



 

Teqlər: məscid ، ramazan ، tilavət ، şiə
captcha