İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə mübarək Ramazan ayının başladığı ilk günlərdən Avstraliyanın şiələr yaşayan Adlyad şəhərinin məscidində hər gün namazlardan öncə oructutanlar tərəfindən Quran-Kərimdən cüz tilavəti və Ramazan ayının xüsusi duaları oxunan məclislər keçirilir.
Bu məclislərdə iranlı, əfqanistanlı, iraqlı, livanlı, küveytli və səudiyyəli şiələr iştirak edir, Höccətul-İslam vəl-müslimin Ləyaqət Qulam Əli Heydəri dini mövzularda xütbələr oxuyur və mübarək Ramazan ayı ilə bağlı hökmləri oructutanlar üçün açıqlayır.
Bu dini məclisdə hər gün bir cüz Quran-Kərim tilavət edilir, bundan sonra orucluğun xüsusi duaları oxunur və moizələr edilir.
Bu xəbərə görə hər gün bu məscidə tilavət və dua məclislərindən sonra camaat namazı qılınır və iftarlar verilir.