IQNA

Bolqarıstanda “Məscidimə toxunma” aksiyası keçirilib

21:03 - July 03, 2015
Xəbər sayı: 3322583
Tehran(İQNA)- Müsəlmanlar Bolqarıstanın Karlova şəhərində tarixi məscidi muzeyə çevirmək istəyinə etiraz ediblər.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslam.az-a istinadla xəbər verir ki, aksiyaya Bolqarıstanın baş müftisi Mustafa Aliş Hacı və digər bölgə müftiləri də qatılıblar. Etirazçılar “məscidlərə qarşı nifrətə son verin”, “heç kim məscidlərimizi yox edə bilməz” şüarları ilə Karlova bələdiyyəsinə etirazlarını səsləndiriblər.

Baş mufti bildirib ki, Avropa Birliyinin üzvü olan Bolqarıstanın vətəndaşları olaraq burada sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirlər.

O deyib ki, hazırda məscidin istifadədə olmaması onun heç vaxt istifadə edilməyəcəyi mənasına gəlmir. Aksiyanın sonunda qətnamə oxunub.

captcha