IQNA

11:25 - July 05, 2015
Xəbər sayı: 3323388
Tehran(İQNA)- Ramazanın 18-dən 19-na keçən gecə (bu il 5 iyuldan 6-na keçən gecə) birinci Qədr gecəsidir. Bu gecə səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın Islam.az-a istinadla verdiyi xəbərə görə, Məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib. Buna dair Müqəddəs Kitabda iki ayə var: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”. (“Bəqərə”, 185) və “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!” (“Qədr”, 1). Bu ayələrdən aydın olur ki, Quran Ramazan ayında və Qədr gecəsi nazil olub.

Qədir gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının son 10 gününün tək gecələrindən biridir və daha çox ehtimal budur ki, 19, 21 və 23-cü gecələrindən biridir (27-ci gecə haqda da məlumat var). Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır.

Qədr gecəsi olduqca fəzilətli gecədir. Bu gecənin şəninə ayrıca bir surə nazil olduğu buna sübutdur. Məhz həmən surədə buyurulur: “Qədr gecəsi min aydan daha xeyirlidir!” (“Qədr”, 3).

Teqlər: qədr ، gecəsi ، əhya
Ad:
E-poçt:
* Comment:
* captcha: