IQNA

12:48 - July 14, 2015
Xəbər sayı: 3328001

İmam Hüseyn (ə) barədə yeni film təqdim edilib

Tehran(İQNA)- İran kinematoqrafçılarının İmam Hüseyn (ə) və Kərbala qiyamı barədə çəkdikləri 8 seriyalı “Qiyamət günü” bədii filminin təqdimat mərasimi keçirilib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslam.az-a istinadən verdiyi xəbərə görə, təqdimat mərasimində filmin rejissoru Əhməd Rza Dərviş də daxil olmaqla ölkənin tanınmış kinomotoqrafçıları və rəsmi şəxsləri iştirak ediblər.


Film peşəkar çəkiliş, səs və vizual effektləri ilə bu mövzuda çəkilən digər filmlərdən fərqlənir. Səsləndirilmə Almaniyada məşhur kinostudiyaların birində həyata keçirilib. Filmin Azərbaycan dilinə tərcümə edilməsinə artıq start verilib.

Teqlər: imam ، Hüseyn ، barədə ، yeni ، film
captcha