IQNA

Əlirza Müvəhhidnejad:
14:15 - July 16, 2015
Xəbər sayı: 3328789
Təfəkkür qrupu: Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin dəftərxanasının "hilalı (yeni ayı) izləmə təşkilatı"nın üzvü 150 elmi dəstənin "hilal"ı izləməklə məşğul olduğu barədə xəbər verərək deyib: Güclü ehtimala görə Fitr bayramı şənbə günü olacaqdır.


İQNA: Höccətul – İslam vəl – müslimin Müvəhhidnejad - Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin dəftərxanasının "hilalı (yeni ayı) izləmə təşkilatı"nın üzvü, İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində 150 elmi dəstənin İİR-nın müxtəlif şəhərlərində Şəvval ayının "hilal"ını izləməklə məşğul olduğu barədə xəbər verərək deyib: Güclü ehtimala görə Fitr bayramı şənbə günü olacaqdır.



Onun dediklərinə görə bu 150 elmi dəstə bu gün, cüməaxşamı günü öz işinə başlayacaq.



O deyib ki, bu gün, cüməaxşamı günü, mübarək Ramazan ayının 29-da Şəvval ayının İranda görünməsi ehtimalı çox zəifdir. Və çox ehtimal ki, şənbə Fitr bayramı olacaqdır. Amma hər halda biz elmi dəstələrin xəbərlərini izləyirik və hər hansı bir yenilik olarsa, KİV-lərə də elan edəcəyik.



O həmçinin vurğulayıb ki, biz təkcə Ramazan ayında deyil, bütün aylarda "hilal"ı izləyir və məlumatları Ali Məqamlı Rəhbərinin dəftərxanasına məruzə edirik.



Müvəhhidinejad qeyd edib ki, bu gün İranda ayın görünməsi ehtimalı zəif olsa da, Cənubi Amerika kimi ölkələrdə bu gün Şəvval ayının hilalı mütləq görünəcəkdir.



Qeyd edək ki, bəzi müctəhidlər uzaq bir şəhərdə də ayın görünməsini yeni ay kimi qəbul edirlər. Bəziləri isə təkcə adi gözlə müşahidə oluna bilən "hilal"ı yeni ay kimi qəbul edir və bu işdə texnologiyanın köməyini qəbul etmirlər.     



3328434

Teqlər: fitr ، bayram ، ramazan ، 1436 ، fitrə
Ad:
E-poçt:
* Comment:
* captcha: