Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.az-a istinadla verdiyi xəbərə görə, Səbri İsrail rejiminin İŞİD-lə arasında əlaqəsi varmış kimi göstərməyə çalışaraq HƏMAS-ı vurmaq istədiyini ifadə edərək, "İŞİD adı altında İslama savaş açmaq istəyirlər. İŞİD İslamı düşünsəydi, Fələstində cihad elan edərdi.
Qəzzada baş verənlərlə İŞİD-in heç bir əlaqəsi yoxdur. HƏMAS-ın isə nə İŞİD, nə də Sina yarımadasında baş verənlərlə əlaqəsi var. Burada əsas məqsəd HƏMAS-ı İŞİD və Sina hadisələriylə əlaqəli göstərərək hədəfə almaqdır", -deyə danışıb. İşğal ordusu tərəfindən Qəzzada insanlığa qarşı təşkil olunan hücumdan bir il keçdiyini xatırladan Səbri, "Qəzzada minlərlə insan canından oldu. Məscidlər, xəstəxanalar, məktəblər və evlər sökülüb. Hücumdan bir il keçməsinə baxmayaraq, Qəzzadakı acınacaqlı vəziyyət hələ də davam edir. Qəzza hələ də blokada altındadır və sökülən evləri inşa etmək olmur.