IQNA

23:38 - July 18, 2015
Xəbər sayı: 3329119
Tehran(IQNA)- Bu gün Bakı məscidlərində mömin müsəlmanlar Fitr bayramı namazını qılıblar. Səf-səf düzülmüş möminlər pişnamaz arxasında Fitr bayramı namazını bütün şəri qaydalara uyğun şəkildə icra ediblər.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslam.az-a istinadla xəbər verir ki, ölkənin hər yerində olduğu kimi, paytaxt məscidlərində də səhər saat 9:00-dan sonra yüzlərlə şəhər sakini Bayram namazına yığışıb.
Səf-səf düzülmüş möminlər pişnamaz arxasında Fitr bayramı namazını bütün şəri qaydalara uyğun şəkildə icra ediblər. Azərbaycan müsəlmanlarının vəhdət nümayişi kimi şiə və əhli-sünnə nümayəndələri birlikdə ibadət ediblər. İbadət mərasimində Quran ayələri, moizələr dinlənilib, dualar səsləndirilib.
Bayram namazı yalnız on ikinci İmamın (ə) hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. İmam (ə) qeybdə olduğu vaxt isə Fitr namazı müstəhəbdir və həm camatla, həm də fərdi qaydada qılına bilər. Ramazan bayramı namazının vaxtı günəş doğandan günortaya qədərdir. Amma müstəhəbdir ki, günəş qalxdıqdan sonra fitrə zəkatı verildikdən sonra qılınsın.

Ad:
E-poçt:
* Comment:
* captcha: