IQNA

Məhkəmədə hicablı qıza uduzan ABŞ-ın tanınmış şirkəti təzminat verməyi qəbul etdi

12:39 - July 25, 2015
Xəbər sayı: 3333823
Tehran(IQNA)- Abercrombie&Fitch adlı ABŞ-ın tanınmış şirkəti hicablı xanımın şikayəti əsasında keçirilən məhkəmədə uduzub.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın İslamazeri.az-a  istinadən verdiyi xəbərə görə, Samanta Elaufu adlı hicablı qız Abercrombie&Fitch adlı şirkətə qalib gəlib. ABŞ-ın birinci məhkəməsi qızı haqlı bilsədə, sonradan apleyyasiya məhkəməsində Abercrombie&Fitch qalib gəlib.
 

Samanta Elauf öz haqları uğrunda ABŞ-ın ən böyük məhkəməsinə müraciət edir. ABŞ-ın Ali Məhkəməsi Abercrombie&Fitch adlı şirkəti məhkəməyə verən Samanta Elauf adlı hicablı qadını bu dəfə haqlı bilərək, şirkətin ona 25 min dollar təzminat verilməsinə dair qərar qəbul edib.
 

Şirkət rəsmiləri bu qərarı qəbul edərək hicablı qızın haqlı olduğunu etiraf edib. Qeyd edək ki, Abercrombie&Fitch adlı şirkətin uşaq dükanına işə düzəldikdən sonra, hicaba görə qız həmin gün işdən uzaqlaşdırılır. Abercrombie&Fitch şirkəti aşağı müdiriyyətin işdən çıxarma qərarını təsdiqləyir. Bundan sonra Elauf məhkəmələrə müraciət etmək məcburiyyətində qalır. Onu da qeyd edək ki, Abercrombie&Fitch adlı şirkət 1892-ci ildə yaradılıb. ABŞ-da 400 dükan filialı var. Şirkətin illik gəliri on milyon dollarlarla ölçülür.

Teqlər: abş ، Şirkəti ، hicablı ، qız ، təzminat
captcha