IQNA

Ayətullah Sistani Ənbardan gələn sünni qaçqınlara qida yardımı etdi

18:34 - July 31, 2015
Xəbər sayı: 3337137
Tehran(IQNA)- Hədisə şəhərindən gələn sünni qaçqınlara Ayətullah Sistani tərəfindən ərzaq və tibbi yardımlar edilib.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın İslamazeri.az-a istinadla verdiyi xəbərə göre, Ənbar vilayətinin Bağdaddan 240 km şimalda yerləşən Hədisə şəhərindən gələn sünni qaçqınlara İraq;n nüfuzlu müctəhidi Ayətullah Sistaninin göstərişi əsasında yardımlar edilib.
 

Yardımlar 100 ton ərzaq məhsullarından və tibbi ləvazimatlardan ibarət olub.  Ümumilikdə indiyədək sünni qaçqınlara 1250 tonadək qida və tibbi yardım edilib.  Ayətullah Seyid Əli Sistani sünni və şiə müsəlmanları arasında vəhdəti möhkəmləndirdiyi üçün dünya müsəlmanları tərəfindən sevilir.

captcha