Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın Maide.az-a istinadən verdiyi xəbərə göre, Arvind Gupta deyib ki, Hindistanın 1.1 əhalisi var ki, onların 180 milyon nəfəri müsəlmanlardır. Hindistan İndoneziya və Pakistandan sonra müsəlmanların sayına görə 3-cü yerdə qərar tapır.
Qeyd edək ki, Hindistanda müsəlmanların sayının çox olduğuna baxmayaraq bu ölkədə müsəlmanlar dini azlıq kimi tanınırlar. Hindistan müsəlmanları ölkə əhalisinin 13 faizini təşkil edir. Uzun müddətdir ki, müsəlmanlara qarşı Hindistanda ayrı seçkilik edilir və bu müsəlmanların etirazına səbəb olub. Müsəlmanlar təhsil, iş və digər sahələrdə ayrıseçkiliklə üzləşirlər və müsəlmanların təhsil və işləməsi üçün problemlər yaradılır.