IQNA

Seyid Əli Fəzlullah:

Təkfirçilərin əhl – sünnə ilə heç bir fikri və əqidəvi oxşarlığı yoxdur

21:35 - August 04, 2015
Xəbər sayı: 3338998
Beynəlxalq qrup: Seyid Əli Fəzlullah – Livanın tanınmış və nüfuzlu şiə ruhanisi, vurğuladı: “Təkfirçi terrorist vəhhabi silahlı qruplaşmalarının - (İŞİD, əl – QAİDƏ və s... ) - əhl – sünnə məzhəbi ilə heç bir fikri və əqidəvi oxşarlığı yoxdur.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “www.lebanonfiles.com” informasiya portalına istinadən verdiyi xəbərə görə, Seyid Əli Fəzlullah – Livanın tanınmış, nüfuzlu şiə ruhanisi və Beyrutun Cümə imamı, Bağdadın İslam Mədəniyyəti Mərkəzində şiələrin Livanda təqlid mərcəsi olmuş mərhum Ayətullah Üzma Seyid Məhəmməd Hüseyn Fəzlullahın (r.ə) vəfatının 5-ci ildönümü ilə bağlı keçirilən toplantıda radikal və təkfirçi təfəkkürün qaraşısını almaq üçün şiə və sünni alimlərinin müştərək toplantılarını çox mühüm hesab edərək vurğuladı: “Təkfirçi terrorist vəhhabi silahlı qruplaşmalarının - (İŞİD, əl – QAİDƏ və s... ) - əhl – sünnə məzhəbi ilə heç bir fikri və əqidəvi oxşarlığı yoxdur”.



İraqın ictimai, siyasi, mədəni, dini və partiya adamlarının iştirakı ilə keçirilən bu toplantıda Seyid Əli Fəzlullah – Livanın tanınmış, nüfuzlu şiə ruhanisi və Beyrutun Cümə imamı, İraq xalqını vəhdətə dəvət etdi və dedi: Əgər İslami vəhdəti İraqdan ayırsaq, artıq heç vaxt bu ölkənin varlığını təsəvvür belə edə bilməyəcəyik.



Livan şiələrinin bu görkəmli alimi imperealistlərin İraqı parçalamaq barədə olan planlarına toxunaraq xəbərdarlıq etdi və dedi: İmperialist qüvvələr tərəfindən müsəlmanları və İraqı parçalamaq üçün planlar icra olunmaqdadır. Onlar regionda məzhəb davasını və fitnəni gücləndirmək istəyirlər.



O vurğuladı: Təkfirçi terrorist vəhhabi silahlı qruplaşmalarının - (İŞİD, əl – QAİDƏ və s... ) - əhl – sünnə məzhəbi ilə heç bir fikri və əqidəvi oxşarlığı yoxdur. Şiə və əhl – sünnənin dini alimləri müştərək toplantılarda radikalizm və təkfirçilik düşüncələrinin qarşısını almaq üçün müştərək toplantılar keçirməlidirlər. Təkfirçilər ilə sülh şəraitində yaradılmış dialoq vasitəsilə əqidəvi mübarizə aparılmalıdır. İŞİD müqəddəs İslam dininin Rəhmani simasını ləkələməklə məşğuldur. İŞİD din adı altında və əhl – sünnəni müdafiə bəhanəsi ilə ən vəhşi cinayətləri törədir. Buna görə də yalançı vəhabi təbliğatçılarını səhnədən kənarlaşdırmalı və xalis İslam dinini insanlara çatdırmalıyıq.  



3338613

Teqlər: livan ، İraq ، fəzlullah ، İŞİd
captcha