IQNA

Qırğızıstanın baş naziri:

Radikalizm və məzhəbçilik ğırğızların milli kimliyini təhdid edir

6:28 - August 10, 2015
Xəbər sayı: 3340703
Xarici şöbə: “Məzhəbçilik və bu yöndə radikalizmin inkişaf etməsi Qırğızıstan millətinin milli kimliyini təhdid edir və buna görə də ölkənin bütün məsulları bu hadisə ilə mübarizə aparmalıdırlar və buna görə məsuliyyət daşıyırlar” – Teymur Sariyev bir çıxışı zamanı belə deyib.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İİR – nın Qırğızıstandakı Mədəniyyət İdarəsinə istinadən verdiyi xəbərə görə, Teymur Sariyev - Qırğızıstanın baş naziri, bir çıxışı zamanı İslam əleyhinə olmadığını, bəlkə bu millətin milli kimliyini qorumaq istədiyini elan edərək dedi:



“Bəzi fərdlər və qrumlar İslam adına danışaraq istəyirlər ki, bu millətin düşüncə, ədəb-ərkan, adət-ənənə və ürfünü dəyişərək özgə və yad bir geyimi insanlara yükləsinlər”.



O, cahillik ucbatıdan dini qruplaşmalara qoşulan cavanlar barədə nigəran olduğunu bildirərək dedi: Ölkənin baş nazirliyi Qırğızıstan alim və ruhanilərindən istəyir ki, İslami dəyərləri qorumaq üçün insanları radikalizmin təhlükələri barədə maarifləndirsinlər.



Sarıyev əlavə etdi: Qırğızların milli geyimləri həmişə bu xalqın qədim milli adətlərinin mühüm bir hissəsi olmuşdur. Bu geyim tərzi qırğızların yaşadığı yerlərin ab-havasına və məkanına uyğun olaraq seçilmişdir.



Baş nazir açıqladı: Bişkekin mərkəzində baş verən son hadisələr səbəb oldu ki, ölkənin təhlükəsizliyini qorumaq, terrorizm və radikalçılıq ilə mübarizə üçün yeni təhlükəsizlik tədbirləri görülsün.



O sonda dedi: Məzhəbçilik və bu yöndə radikalizmin inkişaf etməsi Qırğızıstan millətinin milli kimliyini təhdid edir və buna görə də ölkənin bütün məsulları bu hadisə ilə mübarizə aparmalıdırlar və buna görə məsuliyyət daşıyırlar.



3340390

captcha