IQNA

Ərəbistanda yenə də Qurana qarşı hörmətsizlik:

Quran ayələrini gecə yataq geyimlərinin üzərinə yazdılar

6:49 - August 10, 2015
Xəbər sayı: 3340704
Beynəlxalq qrup: Səudiyyə Ərəbistanında Quran – Kərimə yenidən hörmətsizlik edildi, onlar bu dəfə üzərində Qurandan ayələr yazılmış gecə yataq geyimlərini bazara çıxardılar.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl – aləm” peyk TV kanalının informasiya portalına istinadən verdiyi xəbərə görə, Şeyx Xalid əl – Həbəşi – Ərəbistanın Cəddə şəhərinin “əs – Səliman” məscidinin camaat imamı, bu ölkədə Qurana hörmətsizlik edilərək üzərində Qurandan ayələr yazılmış gecə yataq geyimlərinin bazara çıxarılmasının şəkillərini ictimaişləşdirərək bu hadisəni tənqid etmiş və ölkədə özbaşınalığın baş alıb getdiyini demişdir.  



Səud sülaləsi iddia edir ki, iki şərafətli ziyarətgahın (Məkkə və Mədinə) xadimidir və səudilərə bağlı vəhabi müftiləri dini əhkamların icrasında zorakılıq və qəddarlıqda məşhurdurlar, amma Quran ayələrinə hörmətsizlik edilməsinin kənarından özlərinə korluğa vurub keçirlər.



Ərəbistanda ilk dəfə deyil ki, Quran – Kərimə hörmətsizlik edilir. Bundan öncə də “əl – hair” türməsinin siyasi məsulları Quranın bəzi nüsxələrinə hörmətsizlik etdikləri üçün səudiyyəli inanclılar nümayiş keçirtmişdilər.



Bundan əlavə Ərəbistanın bəzi dövlət qrumları, o cümlədən polis, “əmr be məruf heyəti” və sair orqanlar dəfələrlə Quranın vərəqlərinin kanalzasiya quyularından çıxarılmasının şahidi olmuşlar. Bu hadisələrdən biri Qərvi regionun Taif şəhərinin “İbn Sərur məscidi”nin yaxınlığında baş vermişdi.  



http://iqna.ir/fa/News/3340525







captcha