IQNA

Gənclərdən Həzrəti İsa (ə) və İmam Mehdi (ə) ilə bağlı möhtəşəm sosial çarx

10:31 - August 12, 2015
Xəbər sayı: 3341455
Tehran(İQNA) - klip Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və onun nəzdində fəaliyyət göstərən İmam Əli(ə) Xeyriyyə Fondunun maddi dəstəyi ilə ərsəyə gəlib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.az-a istinadla verdiyi xəbərə göre, Gürcüstanda yaşayan bir qrup müsəlman gənc xristian və müsəlman gənclərin iştirakı ilə maraqlı sosial çarx hazırlayıblar. Klipin çəkilməsində əsas məqsəd iki dinin gəncləri arasında birliyin və sevginin yaradılması olub.

Klipdə xristian və müsəlmanlığın ortaq məxrəci olan sloqanlar da yer alıb. Bura Allahın birliyi, İsa(ə) peyğəmbərə və həzrəti İmam Məhdiyə(ə) sevgi və onların yolunu gözləməklə bağlı sloqanlar daxil olub. Xatırladaq ki, klip Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və onun nəzdində fəaliyyət göstərən İmam Əli(ə) Xeyriyyə Fondunun maddi dəstəyi ilə ərsəyə gəlib. Qısa metrajlı sosial çarxın ideya və ssenari müəllifi isə gənc jurnalist və tələbə Ceyhun Narzalova məxsusdur.

Teqlər: Hz.isa ، Hz.Mehdi ، klip
captcha