IQNA

Braziliyalı yazıçı Paulo Quranı müdafiə etdi + FOTO

10:19 - August 17, 2015
Xəbər sayı: 3345076
Beynəlxaq şöbə: Paulo Koelyo – Braziliyalı məşhur yazıçı, son günlərdə öz ictimai “facebook” səhifəsində İslamı və müsəlmanların müqəddəs kitabı Quranı müdafiə etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Malaysian digest” xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Paulo Koelyo – Braziliyalı məşhur yazıçı, Avqust ayının 9-da öz ictimai “facebook” səhifəsində “Dünyanı dəyişdirən kitablar” postunda Quran – Kərimin də fotosunu yayımlamışdır və oxucularının bunu etirazı zamanı o, İslamı və müsəlmanların müqəddəs kitabı Quranı müdafiə etmişdir. Beləki həmin postun altından “facebook” istifadəçilərindən biri “əcəb! Bu kitab ki, qətl və zorakılıq qaynağıdır” yazmışdır.

Braziliyalı yazıçı isə onun cavabında yazıb: “xeyr, bu söz doğru deyil. Mən özüm məsihiyəm. Biz illər və əsrlər öncə çalışdıq ki, qılınc gücünə dinimizi yayaq. Bu barədə ensklopediada “səlib yürüşləri” sözünə müraciət edin. Biz məsihilər qadınları cadugər olması bəhanəsilə öldürdük. Çalışdıq ki, elmin qarşısını alaq – Qaliley ilə davrandığımız kimi. Buna görə də təqsir dinin deyil, günah dini təmsil edən insanlarındır ki, dini təhrif etdilər.

Qeyd edək ki, Paulo Koelyo məşhur braziliyalı yazıçıdır və indiyədək bir çox ədəbi mükafatlar almışdır.

 

3345023

 

 

Teqlər: quran ، təhrif ، məsihilik ، Səlib ، paulo
captcha