Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslam.az-a istinadla xəbər verir ki, terror təşkilatı partlayıcıları məbədin sütunlarında yerləşdirib və onu partladıb. Mənbə partlayışın son günlərdə deyil bir müddət öncə həyata keçirildiyini, lakin bunun yenicə aşkara çıxdığını vurğulayıb.
Qeyd edək ki, bu məbəd Palmiranın antik teatrına çox yaxın ərazidə yerləşir. Terror təşkilat mayın 20-də Palmiranı ələ keçirdikdən sonra yüzlərlə məhbusu antik teatrın səhnəsində edam edib.