IQNA

İndenoziyanın "Açe" əyalətində 700 illik Quran nüsxəsi sərgiləndi

23:02 - August 24, 2015
Xəbər sayı: 3351066
Beynəlxalq şöbə: İndenoziyanın "Açe" əyalətində 7 əsrlik tarixi olan qədim bir Quran – Kərim nüsxəsi sərgiyə qoyulmuşdur.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "republika" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, İndenoziyanın "Açe" əyalətində sərgiyə qoyulmuş 7 əsrlik tarixə malik bu qədim əlyazma Quran – Kərim nüsxəsi Açe əyalətinin Quran tilavəti yarışlarının haşiyəsində təşkil olunmuş İslami sərgi mərkəzində sərgiyə qoyulmuşdur.



İndenoziyanın Qərbi Açe əyalətində saxlanılan bu qədim tarixə malik əlyazma Quran nüsxəsi Şeyx Mövlana Malik İbrahim adlı bir şəxsin vasitəsilə xəttatlıq üsulu ilə yazılmışdır.   



Qeyd edək ki, məlumatlara əsasən, İndenoziyada indiyədək 62 nüsxə qədim tarixə malik əlyazma Quran – Kərim qeydə alınmışdır ki, bu nüsxələrinin 300 ildən 500 ilədək tarixləri vardır. Bu Quran nüsxələri öncələr də İndenoziyanın Qərbi Açe vilayətinin İslami sərgisində sərgiyə qoyulmuşdur.



3350641

Teqlər: quran ، əlyazma ، nüsxə ، indenoziya
captcha