İQNA – nın (Beynəlxalq Xəbər Agentliyi) siyasi işlər üzrə müxbirinin "politico.com" informasiya portalına istinadən verdiyi xəbərə görə, Amerikanın Nevada əyalətində öz təbliğ və istirahət səfərinə başı qarışmış olan ABŞ prezidenti Obama bu əyalətdə çıxışı zamanı İranla nüvə razılaşmasına etiraz edənləri "dəli" adlandırıb və deyib ki, İranla əldə olunmuş nüvə razılaşmasını himayə etməli və dəstəkləməliyik.
ABŞ prezidenti Barak Obama bu səfərdə "demokrat"ların ərşəd və tanınmış senatoru Heri Reydin (Senate Minority Leader Harry Reid) təşkil etdiyi "pak enerji" konfransında "İranla nüvər razılaşması"na müxalif olanları dəli adlandıraraq deyib ki, bəzi problemləri kontrol və idarə etmək üçün məcburuq ki, bəzi axmaqlarla çənə sındıraq.
Qeyd edək ki, bu konfransa evsahibliyi edən senator Heri Reyd təzəlikdə nüvə razılaşmasını dəstəklədiyi barədə rəyini elan etsə də, demokratların bir dəstəsi hələ də bu barədə rəy elan etməyiblər və "bercam" haqqında danışmaqdan çəkinirlər.
http://www.politico.com/story/2015/08/obama-calls-opponents-of-iran-deal-the-crazies-121701.html