IQNA

Sabah Nuri Həmədani Azərbaycana səfər edir

23:00 - August 30, 2015
Xəbər sayı: 3354272
Xarici şöbə: Şiələrin təqlid mərcələrindən biri olan Həzrət Ayətullah Üzma Nuri Həmədani sabah, 31 Avqust 2015-ci il, Azərbaycanda səfərdə olacaq.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "arannyuz" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, şiələrin böyük təqlid mərcələrindən biri olan Həzrət Ayətullah Üzma Nuri Həmədani sabah, 31 Avqust 2015-ci il, Azərbaycanda səfərdə olacaq. Bu səfər sabah başlayacaq və Sentyabar ayının 5-dək davam edəcəkdir.



Həzrət Ayətullah Üzma Nuri Həmədani bu səfərdə Azərbaycanın paytaxtı Bakı şəhəri və həmçinin Gəncə və Şamaxı kimi tarixi şəhərlərdə səfərdə olacaqlar.



Həzrət Ayətullah Üzma Nuri Həmədani səfər çərçivəsində Azərbaycanın Şəhidlər Xiyabanı, Heydər məscidi və Bibiheybət ziyarətgahını ziyarət edəcəklər. Sonra Təzə Pir məscidində namaz qılacaqdır.



Bu xəbərə görə Həzrət Ayətullah Üzma Nuri Həmədani bu səfərdə Şamaxının Cümə məscidi, Nizami Gəncəvinin məqbərəsi, Şah Abbas məscidi və Gəncə İmamzadəsini də ziyarət edəcək və İmamzadədə çıxış edəcəkdir.



http://www.iqna.ir/fa/inter/News/3354131



 

Teqlər: ayətullah ، Nuri ، həmədani ، bakı ، Gəncə
captcha