Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslam.az-a istinadla xəbər verir ki, forum Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılğı ilə baş tutub. Forumda BAMF sədri Umud Mirzəyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Milli Məclisin vitse spikeri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, xarici ölkələrin Azərbaycandakı səfirləri, ziyalılar, ictimaiyyət xadimləri iştirak edirlər.
Forumu giriş sözü ilə BAMF sədri Umud Mirzəyev açıb. O, belə forumun keçirilməsinin əhəmiyyətini qeyd edib.