IQNA

Müsəlmanları təhqir edən partiya lideri mühakimə olunacaq

10:13 - September 23, 2015
Xəbər sayı: 3366563
Tehran(İQNA) - Fransada radikal sağçı Milli Cəbhə Partiyasının lideri Marina Le Pen oktyabrın 20-də müsəlmanları təhqir etmə ittihamı ilə Lion Cəza Məhkəməsində mühakimə olunacaq

İQNA İslamazeri.az-a istinadən xəbər verir ki, Le Pen 2010-cu ildə Lionda siyasi partiyalardan birinə qarşı etdiyi çıxışda Fransada ibadət yerlərinin kiçik olduğu üçün cümə namazlarını çöldə qılan müsəlmanları tənqid etmiş və müsəlmanların kənarda, küçədə namaz qalması ilə Fransanın 2-ci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən işğal edilməsinin oxşar olduğunu söyləmişdi.

Bu açıqlamandan sonra Fransadakı qeyri-hökumət təşkilatları ölkədə irqçliyi qızışdırdığı səbəbilə Le Penin əleyhinə cinayət işi açılması üçün məhkəməyə şikayət etmişdilər. Bu müraciətlə bağlı Le Penin əleyhinə 2012-ci ildə istintaq başladılmışdı. Avropa Parlamenti Fransa Ədliyyə Nazirliyinin tələbi ilə 2013-cü ildə Le Penin toxunulmazlığının götürülməsinə qərar verərək mühakimə olunmasının önünü açmışdı.

Fransada daha əvvəl də halal ət məsələsi ilə bağlı mübahisələrə qoşulan Le Pen müsəlmanların sərt reaksiyası ilə yadda qalmışdı. Qeyd edək ki,Fransada çoxu Şimali Afrika əsilli, təxminən 5 milyon müsəlman yaşayır. Avropada ən çox müsəlmanın yaşadığı ölkələr arasında Fransa ilk yeri tutur.

Teqlər: müsəlmanlar ، təhqir ، edən ، partiya ، lideri
captcha