İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bu gün Minada baş verən hadisə zamanı ölən iranlı vətəndaşların sayı 125 nəfər çatdı. Bu bir haldadır ki, İranın "Həcc və ziyarət təşkilatı"nın rəsmiləri ölənlərin sayının çoxalması ehtimalını da veriblər.
İranın "Həcc və ziyarət təşkilatı"nın rəisi Səid Vahidi və "Həcc və ziyarət təşkilatı"nın "Tibbi mərkəz"inin rəisi Əli Mərəşinin verdikləri xəbərə görə, bu hadisədə ölənlərin sayı 122 nəfəri və yaralananların sayı isə 60 nəfəri keçib və ehtimal var ki, ölənlərin sayı çoxalsın.
Xəbərlərdə deyilir ki, hadisə zamanı 1000-dən çox insan ölüb və yüzlərlər insan isə yaralanmışdır.
Ərəbistan dövləti ilk açıqlamasında hacıların özünü bu hadisənin baş verməsində təqsikar adlandırıb.
Qeyd edək ki, bundan öncəki qaldırıcı kranın aşması hadisəsində də 11 iranlı hacı ölmüş və 200 nəfər yaralanmışdır.