İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Abdullah Jak Şartiye (Asques Charter) – Fransa Şiələr Birliyinin rəisi, İQNA – nın müxbiri ilə müsahibəsində çox sayda hacıların Mina hadisəsində çox acınaqcaqlı halda can verməsinin qəza və qədərə bir qarışacağı olmadığını bildirərək vurğuladı: Mina hadisəsinin qəza və qədərlə bir rabitəsi ola bilməz və bu hadisə təsüdüfi baş vermiş bir hadisə deyildir.
O əlavə etdi: Mina hadisəsində heç bir qəza və qədər məsələsi yox idi. Çünki keçidlərdən birinin bağlanması səbəb olmuşdur ki, zairlərdən bir dəstəsi geri qaytmağa məcbur olsunlar və bunun ardınca da bu hadisə baş verdib.
Abdullah Jak Şartiye (Asques Charter) – Fransa Şiələr Birliyinin rəisi, Mina hadisəsini Səudiyyə şahzadəsi və onu eskort edən maşın karvanının hüzuru ilə də yaranmasına səbəb ola bilən hadisələrdən hesab edərək dedi: Bu hadisə göstərdi ki, Ali – Səud iki müqəddəs ziyarətgahı idarəetmə ləyaqətinə malik deyildirlər.
O, ərəbistanlılar tərəfindən hadisələri qeyd edən gizli kameraların da yığışdırılmasına öz etirazını bildirdi.