Beynəlxalq Quran Xəbər Agentliyi-nin (İQNA) Maidə.az-a istinadlaverdiyi məlumatina görə, İranın prezidenti Həsən Ruhani Məkkədə baş verən faciəyə görə Səudiyyə Ərəbistanını günahlandırıb.
Bu barədə İran lideri BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, yüzlərlə insanın ölümünə səbəb səriştəsizlik və bərbad təşkilatçılıq olub. “Səriştəsizlik və adi idarəetmənin yoxluğu Səudiyyə Ərəbistanında yüzlərlə insanın ölümünə səbəb olub”, deyə H.Ruhani vurğulayıb.
Onun sözlərinə görə, indiyədək cəsədlərin hamısını tanımaq mümkün olmayıb. Yüzlərlə insan itkin düşmüş hesab edilir.