Krımda beynəlxalq "İslami təlim" toplantısı keçiriləcək
22:42 - October 05, 2015
Link kopyalandı
Xəbər sayı: 3382024
Beynəlxalq şöbə: "Krımda İslami təlim; İslami təlimlərin dirçəldilməsinin üslubları və tarixi mərhələləri" adlı beynəlxalq toplantı cari ilin Oktyabr ayının 10-dan 14-dək Krım yarımadasının Yalta şəhərində keçiriləcəkdir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İNA"-ya (Beynəlxalq İslam Xəbər Agentliyi) istinadla verdiyi xəbərə görə, "Krımda İslami təlim; İslami təlimlərin dirçəldilməsinin üslubları və tarixi mərhələləri" adlı beynəlxalq toplantı cari ilin cari ayının (oktyabr) 10-dan 14-dək Krım yarımadasının Yalta şəhərində keçiriləcəkdir.
Bu toplantı Şərqi Avropada ən qədim İslami təlim mərkəzlərindən biri olan "Zincirli İslam Elmləri Mədrəsəsi"nin 515 illiyi münasibəti ilə keçirilir. Toplantıda bu elmi müəssisənin və mədrəsənin təsisçisi "Mingəli Kərya Xan"ın da xatirəsi yad ediləcəkdir.
"Krım Əvrəzi hakimiyyətinin qızıl vaxtlarında Elm və İslam dininin rabitəsi", "Krımda elm və təlim", "Krımın Tavriş regionunda İslami təlim" və "Müasir Krımda İslami təlimlərin problemləri və yanaşmalar" bu toplantının əsas müzakirə mövzuları olacaqdır.
Bu toplantıda Krımın taxiri irsi haqqında sənədli film ekran olunacaq və Zəncirlinin qədim tarixə malik İslami Elmlər Müəssisəsinə baxış keçiriləcəkdir.
Toplantı Krımın nazirlər şurası, Krımın müsəlmanlar idarəsi, Sevastopul şəhər icra hakimiyyəti, Mədəniyyətə Dəstək Fondu və Tatar tarixi muzeyinin təşəbbüsü və həmkarlığı ilə keçirilir.