IQNA

Rusiyanın beynəlxalq Quran yarışlarının 16-cı turu başladı

22:46 - October 09, 2015
Xəbər sayı: 3383365
Beynəlxalq şöbə: Rusiyanın beynəlxalq Quran-Kərim yarışlarının 16-cı turu bu gün səhər (09/10/2015) Moskvada öz işinə başladı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İİR-nın Moskvadakı Mədəniyyət Əlaqələri İdarəsinin mətbuat şöbəsinə istinadla verdiyi xəbərə görə, Rusiyanın beynəlxalq Quran-Kərim yarışlarının 16-cı turu bu gün səhər (09/10/2015) Moskvanın "kraks siti hal" zalında öz işinə başladı. Yarışlar iki gün davam edəcək.



Yarışların final mərhələsi həftənin bazar günü (12 oktyabr 2015), yerli vaxtla eyni məkanda saat 14:00-da keçiriləcəkdir.



Bu yarışlar Ravil Eynuddinov – Rusiya müftilər şurasının rəisi, Rusiya federasiyasının müsəlmanların mənəvi işlər idarəsinin müftisi, Moskva icra hakimiyyəti, Rusiya daxili işlər nazirliyi, Rusiya xarici işlər nazirliyi və Rusiyanın mədəniyyət nazirliyinin təşəbbüsü və həmkarlığı ilə təşkil olunmuşdur.  



Yarışlarda dünyanın müxtəlif yerlərindən, İslami və qeyri-İslami ölkələrdən olan 40 ölkə iştirak edir.



Bu turda Bilal Əbdülxaliqov – Dağıstan respublikasından Quran aktivisti, Rusiyanı və Musa Mötəmidi – iranlı Quran hafizi, İranı təmsil edəcəklər.  



Musa Mötəmidi hicri-şəmsi tarixi ilə 1367-ci ildə Qum şəhərində anadan olub, 1392-ci ildə İRR-nın milli yarışlarında Quranın hifzi üzrə 2-ci yeri qazana bilib.



Keçən il Rusiyanın Quran yarışlarında İİR-dan Mehdi Qumanəjad "qiraət" üzrə 2-ci yeri qazanmışdı.   



3383306

Teqlər: rusiya ، quran ، yarış ، hifz ، qiraət ، iran
captcha