Beynəlxalq "Həzrəti Əli Əsğər (ə) günü " dünyanın müxtəlif müsəlman ölkələrində izdihamlı şəkildə keçrilir. Belə məclislərdən biri də iki gün öncə Nardaran qəsəbəsidə təşkil edilib.
Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahının Hüseyniyyəsində Xanımların və körpələrin iştirakı ilə "Həzrət Əli Əsğər (ə) günü" qeyd olunub. Məclis bu dünən səhər saat 10:00-da xanımların və körpələrin iştirakı ilə baş tutub və günorta namazına kimi davam edib.
Mərasimdə müxtəlif dini ayinlər yerinə yetirilib və həzrət Əli Əsğər (ə) rozələri, mərsiyələri və şerləri oxunub. Məclisdə iştirak edən valideynlər öz körpələrinə yaşıl rəngli sevgi libası olan köynəklər geydirmiş, alınlarına"Ya Hüseyn" (ə), "Ya Əli Əsğər" (ə) və başqa müqəddəslərin adı yazılmış başlıqlar bağlamışlar.
İslamazeri.az