IQNA

Britaniya hökuməti Londonun ən böyük məscidini inşa etmə planını rədd etdi

12:01 - October 27, 2015
Xəbər sayı: 3399248
Tehran(İQNA) - Britaniya hökuməti "Təbliğ camaatı" adlı qrupun ölkənin ən böyük məscidini inşa etmə planlarını əngəlləyib.

İQNA, İslamazeri.az-a istinadən xəbər verir ki, "Təbliğ camaatı" Londonun şərqində 11 mindən çox insanın ibadət edə biləcəyi məscid inşa etmək istəyib. Buna icazə qərarı verilsəydi, Olimpiya Parkına yaxın olacaq məscidin sahəsi Paul Kilsəsinin üç qatı, minarələrinin uzunluğu isə 58 metr olacaqdı.
 

Məscidin inşasına müxalif olanlar bu planın regiondakı gərginlikləri artıracağını iddia edirdilər. 13 ildir inşa planını təsdiqlətməyə çalışsalar da rəsmi adı Abbey Mills Markaz (Məscidi-İlyas) olan məscidin inşa planı 2012-ci ildə Nevham şura üzvləri tərəfindən rədd edilib.

captcha