İQNA - Müqtəda Sədr Səudiyyə Ərəbistanı rəhbərliyindən bu ölkənin nüfuzlu şiə din xadimlərindən olan Ayətullah Baqir Şeyx Nimr haqqında çıxarılan edam qərarını ləğv edilməsini tələb edib.
Müqtəda Sədr bu haqda verdiyi açıqlamada Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin Şeyx Nimr haqqında edam qərarını çıxarmasının ölkədə etnik münaqişələri qızışdıracağı xəbərdarlığını edib.
Səudiyyə rəsmilərindən Şeyx Nimrin edam qərarınının ləğv edilməsini istəyən Müqtəda Sədr Şeyx Nimr üçün edam hökmünün çıxarılmasının radikalizm və terrorçuluğu dəstəkləmək mənasına gəldiyini söyləyib.