IQNA

Sionist rejimi Qüdsdə yaşayan fələstinlilərin vətəndaşlığını ləğv edir

10:55 - October 28, 2015
Xəbər sayı: 3402812
Tehran(İQNA) - İsrail rejiminə məxsus “Kanal 2” televiziyası məlumat yayıb ki, sionist rejimin baş naziri Benyamin Netanyahu Qüds ətrafında yaşayan fələstinlilərin 230 min şəxsiyyət vəsiqəsinin ləğv edilməsi ilə bağlı təklif irəli sürüb.

Sionist rejimi telekanalının yaydığı xəbərə görə, Netanyahunun təklifinə iki həftə əvvəl sionist rejimini Nazirlər Kabinetinin toplantısında baxılıb.

Bu təklif sionistlər tərəfindən inşa edilən istinad divarlarının xaricində yerləşən ərazilərdə yaşayan fələstinlilərin Qüds vətəndaşlığından məhrum edilməsi məqsədi güdür.

Sionist rejim bildirib ki, polis “gərginlik və təxribat ocağı” sayılan bu rayonlardan çıxışı məhdudlaşdıracaq.

Həmçinin bildirilir ki, rejimin Nazirlər Kabineti İsrail qüvvələrinə hücumlar təşkil edən fələstinlilərin vətəndaşlığının ləğv edilməsi ilə razılaşıb.

Maide.az

captcha