IQNA

Ərəbistan Yəməndəki xəstəxananı bombaladığını etiraf etdi

10:46 - October 31, 2015
Xəbər sayı: 3421633
Tehran(İQNA) - Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdalla əl-Müəllim koalisiya qüvvələrinin «Sərhədsiz həkimlər»in hospitalını bombaladığını etiraf edib.

İQNA, İslam.az-a istinadla xəbər verir ki, «Koalisiya qüvvələri «Sərhədsiz həkimlər»in nişanə verdiyi yerlərdən yan keçməyə çalışırdılar. Onların hədəfi husilərin təlim məşq yerləri olub», - deyə Al-Muallim Vice News telekanalına müsahibəsində bildirib.

«Bura (hospitala) aviazərbələr səhvən edilib. Səbəb «Sərhədsiz həkimlər»in səhv koordinatları olub», - deyə diplomatik nümayəndə əlavə edim.

Maraqlıdır ki, Abdulla əl-Müəllim bundan əvvəl bildirdimişdi ki, Yəməndə əməliyyat keçirən koalisiya qüvvələri xəstəxananın kimin bombaladığı barədə məlumatı yoxdur.

Xatırladaq ki, «Sərhədsiz Həkimlər»in Yəmənin  Saada əyalətinin Haydan  rayonunda  yerləşən hərbi xəstəxanası  bazar ertəsi günü axşam  aviazərbələrə məruz qalmışdı. Həmin vaxt binada  tibb işçiləri olub.

captcha