IQNA

Misirin "Darul-İfta"sı:
12:00 - November 03, 2015
Xəbər sayı: 3440986
Beynəlxalq şöbə: Misirin "Darul-İfta"sı (Fətvalar Evi) İŞİD təkfirçi terroristlərinin müsəlmanların məscidlərinə hücum etməsini haram elan etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "təna" (Dini Məzhəblərin Yaxınlaşması Təşkilatının rəsmi xəbər agentliyi) xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirin "Darul-İfta"sı (Fətvalar Evi) bəyaniyyə yayaraq İŞİD təkfirçi terroristlərinin müsəlmanların məscidlərinə hücum etməsini, məscidlərə bomba qoyaraq partlatması və xarabaya çevirməsini məhkum edərək müsəlmanların məscidlərinə və ibadət yerlərinə hər növ təcavüzü haram elan etdi.
Bundan öncə İŞİD-in müftisi, Əbu Leys əl-Kənani adlı məl`un təkfirçi şiə məscidlərini bütpərəstlərin məbədlərinə oxşatmış və Ərəbistanın Nəcran əyalətində şiə məscidlərinin bomba hədəfinə alınmasını vacib saymışdı. Buna görə də Misirin "Darul-İfta"sı (Fətvalar Evi) bəyaniyyə yayaraq bu iyrənc "fətva"ya cavab verdi.
Misirin "Darul-İfta"sı (Fətvalar Evi) bəyaniyyə yayaraq vurğuladı: Şiələrin məscidləri Əhl-Sünnənin məscidləri kimidir və şiə müsəlmanların məscidlərinə və ibadət yerlərinə hər növ təcavüz, onları təxrib etmək və partlatmaq haramdır.
Məscidləri müqəddəs saymaq, bu məkanlara hörmətlə yanaşmaq, dini ayinləri məscidlərdə bərpa etmək, məscidləri qorumaq üçün çalışmaq və təmirə ehtiyacı olan məscidləri təmir etdirmək müqəddəs İslam şəriətinin hökmlərindəndir.
Məscid ibadət üçün bir məkandır. Onu bütpərəstlərin və müşriklərin məbədinə oxşatmaq Allah evinə qarşı təhqirdir. Məscidlərə hər türlü təcavüz "fəsadun fil-ərz" (yer üzündə fəsad) ayəsinin kamil nümunəsidir. Şiə və Əhl-Sünnə məscidləri arasında fərq qoymaq üçün hər cür bəhanə qəbulolunmazdır. 
Misirin "Darul-İfta"sı (Fətvalar Evi) bəyaniyyədə terror təşkilatlarının müsəlmanlar arasında tayfa və məzhəb savaşını gücləndirmək üçün hər bir işə əl atdığına işarə edərək deyir: Bu terror təşkilatları İslami ölkələrdə sabitliyi pozmaq, asayişi ortadan götürmək və insanların təhlükəsizliyi məhv etmək üçün heç bir iyrənc addımdan çəkinmir. Onlar bu əməllərlə İslam ölkələrinə hakim kəsilmək istəyirlər.
3426999

Teqlər: misr ، darul ، ifta ، təkfir ، məscid ، terror ، müfti
Ad:
E-poçt:
* Comment:
* captcha: