Tehran(İQNA) - İsveçdə sosial media hesabında "Müsəlmanları qızmar oda atmaqla terrorçulardan xilas olacaqsan" yazan müəllimin irqçilik, nifrət və xalqı bir-birinə qarşı qızışdırmaq ittihamları ilə nəzarətə alındığı bildirilib.

İQNA, İslamazeri.az-a istinadən xəbər verir ki, İsveçin Örebre şəhərində yaşayan bir müəllim sosial media hesabında müsəlmanlar; təhqir edib və bu səbəblə də saxlanılıb.
Polisin sorğusunda bütün müsəlmanları deyil, "Əl-Qaidə" və İŞİD kimi təşkilatları nəzərdə tutduğunu söyləyərək özünü müdafiə edən müəllim haqqında işlədiyi məktəb tərəfindən də araşdırmanın başlanıldığı qeyd olunub.
Polisin hadisə ilə əlaqədar olaraq məktəb direktoru və digər müəllimlərin də ifadələrini aldığı və istintaqın genişləndirildiyi bildirilib.