IQNA

Ərəbistan Quran -Kərimin beynəlxalq hifz, tilavət və təfsir yarışlarına evsahibliyi edir

1:34 - November 08, 2015
Xəbər sayı: 3444470
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanı dünən, 7 noyabr tarixində Quran-Kərimin hifzi, təcvidi, tilavət və təfsiri üzrə yarışların 37-ci turuna evsahibliyi edir. Yarışlar müqəddə Məkkə şəhərində Ərəbistanın İslami İşlər və Vəqflər Nazirinin təşəbbüsü ilə keçirilir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "'BAB" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı dünən, 7 noyabr tarixində Quran – Kərimin hifzi, tilavət və təfsiri üzrə yarışların 37-ci turuna evsahibliyi edir. Yarışlar müqəddə Məkkə şəhərində, Ərəbistanın İrşad Nazirliyi və Ərəbistanın İslami İşlər və Vəqflər Naziri təşəbbüsü ilə keçirilir. Yarışlara Ərəbistanın padşahı məlik Salman bin Əbd-əl-Əziz Ali-Səud nəzarət edir və yarışlar da bu gün onun iştirakı ilə Məkkə ziyarətgahının salonlarından birində başladı.



Əhməd bin Əli Südeys – Mədinə İslam Universitetinin Quran-Kərim fakültəsinin rəisi, Nasir bin Səid Qəsami – Taif şəhərinin İlahiyyat Universitetinin rəis müavini, Xalid bin Əli Məhəmməd Dərbani – Əl-Cəzair Müsəlman Alimləri cəmiyyətinin başçısı və digərləri bu yarışlarda hakimlik edəcəklər.



Mənsur əs-Səmih – beynəlxalq Quran- Kərim yarışları komitəsinin rəisi, dedi: Bu beynəlxalq yarışlar müxtəlif ölkələrin cavanları tərəfindən çox gözəl qarşılandı və 66 ölkədən 124 nəfər yarışlarda iştirak edir. İştirakçıların yaşı 25 – dən artıq ola bilməz və yarışlarda da ilk dəfə iştirak edənlərdən olmalıdırlar. Yarışlarda 22 iki hakim 20 ölkədən hazırdır və bu turda iştirakçılara 30 saat Quran təlimləri də veriləcək. 



3444186

Teqlər: quran ، məkkə ، qarilər ، dünya ، şurası
captcha