İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-misriyyun" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Əhməd Təyyib – Əl-Əzhərin şeyxi, "skay nyuz" peyk TV kanalının ərəbcə şöbəsinə verdiyi müsahibədə Fransanın paytaxtı Parisdə baş verən terror hadisələrini məhkum və Avropa KİV-lərinin İŞİD terrorçularını "İslam təşkilatı" adlandırmasını kəskin şəkildə tənqid edərək dedi: Bu cür terror hücumları heç bir din, ayin və məzhəbin sifarişi deyil və heç bir din və məzhəb bunları təsdiq etmir.
Əhməd Təyyib – Əl-Əzhərin şeyxi, Həzrət İslam Peyğəmbərinin (s) həyatının son günlərinə buyurduğu xütbəyə işarə edərək əlavə etdi: Həzrət Peyğəmbər (s) bu mübarək xütbədə buyurur: "Ey camaat! Sizin qanlarınız və mallarınız Qiyamət günü Allah-Taalanın hüzurunda dayanacağınız vaxta qədər bu gündə və bu ayda olduğu kimi haram və onlara təcavüz etmək qadağandır". Gördüyünüz kimi Peyğəmbər (s) ömrünün son xütbəsinin ilk bəndində insan qanı axıtmağı haram sayır.
Əl-Əzhərin şeyxi Parisdə baş verən terror hadisələrini məhkum etməklə yanaşı, fransızlarla həmdərd olduğunu bildirdi və Avropa KİV-lərinin İŞİD terrorçularını "İslam dövləti" adlandırmasını kəskin şəkildə tənqid edərək dedi: İslam dini rəhmət və mehribanlıq dinidir və bu cür terrorçu cinayətləri doğru saymır!
Əhməd Təyyib – Əl-Əzhərin şeyxi, vurğuladı: Kimlərinsə bu cür addımlarına görə İslam dini mühakimə olunmamalıdır. Çünki bundan öncə Musəvilik (yəhudilik) və Məsihilik (xristanlıq) dinlərində də dindən insanları qətliam etmək üçün istifadə olunub. İndi də bu məsələ İslam dininin yaxasına sarılmışdır. İŞİD və digər terrorçular Quran və dindən yanlış təfsir və oxunuşlar əsasında cavanları azdırır və onları cinayətkar addımlara sürükləyirlər. Əl-Əzhər də indiyədək bu məsələ ilə mübarizə aparmaq üçün bir çox proqramlar həyata keçirmişdir.