IQNA

İslam İnqilabının Ali Məqamlı Rəhbəri

Terrorçuların vəhşicəsinə cinayətləri onların İslama biganə olduqlarının nişanəsid

10:59 - November 23, 2015
Xəbər sayı: 3456006
Tehran(IQNA) - Dünən axşam İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyyid Əli Xamenei Türkmənistan prezidenti Qurbanqulu Berdı Məhəmmədovu qəbul edib.

IQNA, Maide.az-a istinadla xəbər verir ki, görüşdə Ayətullah Xamenei İran ilə Türkmənistanın yaxın və dost əlaqələrinə, regiondakı militarizmlə mübarizə və ikitərəfli həmkarlıqların inkişafı üçün mövcud olan böyük imkanlardan danışıb.

Ayətullah Xamenei terror cərəyanlarının  insanların başlarını kəsməsini, yandırmasını və vəhşiliklərini həmin cərəyanların tam şəkildə İslama biganə olmalarının nişanəsi  olduğunu vurğulayıb və bildirib ki, bu cinayətlərin İslamla heç bir əlaqəsi yoxdur.
 

“İslami ölkələri və qonşu ölkələrin  təhlükəsizliyi, rifahı və inkişafı  İran İslam Respublikasının xeyrinədir. İran-Türkmənistan sərhədləri sülh və dinclik sərhədləridir və tərəflərin fikri arxayınlığına səbəb olur və Fars Körfəzinə və azad sulara çıxmaq üçün İran yolundan istifadə Türkmənistan üçün dəyərli bir fürsətdir.  İslamın adı ilə cinayətlər törədən təkfirçi qruplar və İŞİD-in kobud terrorizmi və vəhşilikləri ilə qarşılaşmada xalqa düzgün islami fəaliyyət imkanı verilməlidir və ən yaxşı yol, bu cərəyanların nüfuzunun zərərsizləşdirilməsi, mötədil və aqilanə fikri hərəkətlərin gücləndirilməsidir.  İslam xeyirxahlıq, məhəbbət və qardaşlıq dinidir və terror cərəyanlarının bu cinayətlərinin İslamla heç bir əlaqəsi yoxdur.”

Ayətullah Xamenei görüşdə İran və Türkmənistan xalqlarını iki qohuma bənzəyən qonşu ölkələr adlandırıb və əməkdaşlıqların artırılması üçün mövcud geniş imkanlardan istifadənin vacibliyini vurğulayıb.

captcha