Bəsrə və Kərbəla arasındakı vilayətlərdə açılan builki İmam Hüseyn (ə) süfrəsinin uzunluğu 80 km-ə çatır. Ərbəin münasibətilə açılan belə süfrə ilk dəfə ötən Ərbəin mərasimləri zamanı açılıb.
Ərbəin zəvvarlarına xidmət edən ilk süfrənin uzunluğu 15 km olub. Bu il isə bu bərəkətli süfrənin uzunluğu daha 65 km artırılıb. Süfrənin daha da uzadılmasında məqsəd Ərbəin üçün Kərbəlaya gedən eşq yolçularını yemək və su ilə daha yaxşı təmin etməkdir. Bu misilsiz süfrədə müxtəlif yemək, qida və ərzaqlarla yanaşı müxtəlif meyvələr, tərəvəz və ət məhsulları da ehsan edilir. Mənbələr bu bənzərsiz süfrənin Ginnesin Rekordlar Kitabına salınacağını bildirir.
Maide.az