IQNA

İraq sünnilərinin müftisi:

Ərəbistan kralı Şeyx Nimrin ölüm hökmünü imzalamayıb

9:45 - December 01, 2015
Xəbər sayı: 3458905
Beynəlxalq şöbə: İraq sünnilərinin müftisi Şeyx Məhdi əs-Səmidi deyib: Ərəbistan kralı Salman bin Əbdüləziz mənim vasitəçiliyimlə ərəbistanlı görkəmli şiə alim Ayətullah Nimr Baqir ən-Nimrin ölüm hökmünü imzalamaqdan imtina edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "səhhafətul-ərəbiyyə" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İraq sünnilərinin müftisi Şeyx Məhdi əs-Səmidi dedi: Ərəbistan kralı Salman bin Əbdüləziz mənim vasitəçiliyimlə ərəbistanlı görkəmli şiə alim Ayətullah Nimr Baqir ən-Nimrin ölüm hökmünü imzalamaqdan imtina edib.
O əlavə edib: İraqın daxilində və xaricində yaşayan siyasi qruplar bu yaxınlarda Səudiyyə Ərəbistanı məhkəməsi tərəfindən ölüm hökmü çıxarılan Şeyx Nimrin problemini həll etmək üçün məndən vasitəçilik etməyi xahiş ediblər. Mən də Ərəbistan kralından Şeyx Nimri əfv etməyi xahiş etdim və indi kral ölüm hökmünü imzalaqdan imtina edib və biz də əfv qərarını gözləməliyik.
Twitterdə "Mucez əl-Əxbar" səhifəsinin sahibi Xalid əl-Həqbani də yenicə iddia edib ki, ərəbistanlı görkəmli şiə alim Ayətullah Nimr Baqir ən-Nimrin və bir qrup digər şəxslərin, o cümlədən əl-Qaidənin üzvlərinin ölüm hökmü növbəti həftə həyata keçiriləcək.
Qeyd edək ki, Ərəbistanın ali məhkəməsi Şeyx Nimrin ölüm hökmünü bir halda verdilər ki, Şeyx Nimr 3 il səudiyyə zindanlarında həbs çəkmişdi. Şeyx Nimr ərəbistanda siyasi məhbuslar sırasından tanınmış ən parlaq simadır, siyasi fəaliyyətlərinə görə qılıncla edam hökmünə məhkum edilmişdir.

3458718

Teqlər: nimr ، baqir ، edam ، qılınc
captcha