IQNA

ABŞ müsəlmanları “terrorizmə yox” mitinqi keçirdilər

10:28 - December 01, 2015
Xəbər sayı: 3458944
Beynəlxalq şöbə: Amerikanın Boize şəhərinin yüzlərlə müsəlman vətəndaşı sülh ismarıcı vermək, terrorizmdən bezar olduqlarını bildirmək və terrorçulardan imtina etdikləri mesajını çatdırmaq üçün şəhərin İmam Hüseyn (ə) adına İslam Mərkəzinə tərəf mitinq yürüşü keçirdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) KTVB xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerkianın İdaho əyalətinin Boize şəhər müsəlmanları hər il sülh, qardaşlıq və dinc yanaşı yanaşmaq mesajlarını çatdırmaq üçün mitinqdə iştirak edirlər və yürüşün sonunda İmam Hüseyn (ə) adına İslam Mərkəzində toplaşırlar.



Tədbirin təşkilatçıları bildirirlər ki, bu il Parisdə və dünyanın digər nöqtələrində terror aktlarının törədilməsini nəzərə alaraq, bu tədbir dünən 29 noyabrda terrora yox və ekstremizmlə mübarizəni vurğulayaraq keçirilib. Və 300 nəfərədək insan kəskin soyuq şəraitinə baxmayaraq, mitinqdə iştirak edib.





Onlar Merrison parkı ilə İmam Hüseyn (ə) İslam Mərkəzinin arasındakı məsafəni piyada qət edərək, əllərində terrorist qruplaşmalarına qarşı plakatlarla, şüar səsləndirirdilər.



Mitinqin keçirildiyi bir vaxtda, Idaho əyaləti, eləcədə ABŞ-ın digər bölgələrindən olan siyasətçilər bu yaxınlarda suriyalı müsəlman qaçqınların ölkəyə buraxılmasının dayandırılmasını tələb edərək, öz  tələblərini bununla əsaslandırırdılar ki, bu insanların ölkəyə girişi, yəni terror aktlarına qapı açmaq mənası daşıyır!



Hüquq Müdafiə Təşkilatları isə bu tələbi insan hüquqlarının əsas prinsiplərinə və altruizmə zidd olduğu qənaətindədirlər.



3458706



 

Teqlər: abş ، terror ، İslam ، islamofobiya
captcha