IQNA

Hollandiyanın "islamofobiya gözətçisi":

Bu ölkədə İslamofobiya qurbanlarının 90%-ni qadınlar təşkil edir

11:11 - December 01, 2015
Xəbər sayı: 3458984
Beynəlxalq şöbı: Niderlandın (Hollandiya) İslamofobiya Müşahidə Təşkilatı yenilikdə yaydığı hesabatda deyir: Bu ölkədə (Hollandiya) İslamofobiya qurbanlarının 90 faizinə qədərini qadınlar təşkil edir və onların əksəriyyəti hücuma məruz qalarkən hicabda olublar.


IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İİNA xəbər və informasiya portalına istinadla xəbər verir ki, Hollandiyanın müsəlman qadınları digər Qərbi Avropa ölkələrində yaşayan müsəlman qadınlar kimi ötən bir il ərzində artmaqda olan şifahi və fiziki islamofob hücum dalğasına məruz qalıblar.



2015-ci ilin əvvəllərində yaradılan “İslamofobiya hesabatı” adlı Hollandiyanın İslamofobiya Müşahidə Təşkilatın ölkədə İslamofobiya baxışlarından irəli gələn zorakılıq halları barədə bu həftə öz ilk hesabatını yayıb.



“İslamofobiya hesabatı” Müşahidə Təşkilatı keçən il Fransada "Charlie Hebdo" jurnalına hücum nəticəsində yaranan İslamofobiya əhval-ruhiyyəsindən qaynaqlanan cinayətlərin artmasından sonra bir qrup müsəlman tədqiqatçı və mütəxəssisi tərəfindən yaradılıb.



Onlar öz facebook səhifələrindən məlumatları əldə etmək və hesabatları yoxlamaq, eləcədə qarşılıqlı müdafiə və həmrəylik şəbəkəsi yaratmaq üçün istifadə ediblər. Buna qədər, Hollandiyada İslamofobiyadan qaynaqlanan hadisələr sistemli olaraq qeyd edilmirdi.



Hesabatda, 2015-ci ilin ilk 6 ayı ərzində toplanmış nəticələr təqdim edilərək yoxlanılıb. Niderlandda aparılan bu araşdırmanın nəticələri onu göstərir ki, anti-islam xurafatından yaranan təzyiqlərə ən çox məruz qalanlar müsəlman qadınlardır. Bununla belə bu ölkəd islamofob hücumlara məruz qalanların təkcə 30%-i ölkə polisinə bu barədə şikayət etmiş və məlumat vermişdir.



3458509

Teqlər: iqna ، islamofob ، hollandiya ، Niderland ، qadın
captcha