IQNA - Məlumat qaynaqlarının bildirdiyinə görə, paytaxt Mənamədə insanlar ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, mitinq edərək “İslami Milli Birlik” Cəmiyyətinin baş katibi şeyx Əli Salman və digər tanınmış şəxsiyyətlər və siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.
əl-Belad əl-Qədim, Setrə və Cədhəfəs rayonlarında da yürüşlər təşkil olunaraq, etirazçılar tanınmış müxalifətçilərin hələ də həbsdə saxlanılmasını və siyasi müxaliflərin ard-arda həbsə salınmasını pisləmiş və BMT-ni Bəhreyndə dinc müxalifət fəallarından intiqam məqsədilə onların əsassız mühakimə edilməsinin qarşısını almağa çağırıblar.
Maide.az