IQNA

Livan Əhl-Sünnəsinin baş müftisi:
20:33 - December 08, 2015
Xəbər sayı: 3461360
Beynəlxalq şöbə: Şeyx Əbdül-Lətif Deryan - Livan Əhl-Sünnəsinin baş müftisi, Beyrutda Quran-Kərim hafizlərinin təqdir etmə və mükafatlandırma mərasimində çıxışında müqəddəs kitabımız Quran-Kərimi müsəlmanların ilk konstitusiyası və əsas qanunu adlandırdı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "www.lebanonfiles.com" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Livanın paytaxtı Beyrut şəhərində Əz-Zeydaniyyə bölgəsinin "Qurana Xidmət Mərkəzi"ndən Quranı hifz on əsas qiraət üzrə hifz edərək mənimsəmiş tələblərin məzunluq mərasimi Livanın "Darul-Fətva" qərargahında və Şeyx Əbdül-Lətif Deryanın (Livan Əhl-Sünnəsinin baş müftisi) və başqa Quran fəallarının iştirakı ilə keçirildi.



Şeyx Əbdül-Lətif Deryanın (Livan Əhl-Sünnəsinin baş müftisi) bu mərasimdə çıxışı zamanı dedi: Livanda çox sayda Quran-Kərimə xidmət mərkəzləri açılmışdır ki, hər il onlarla Quran hafizi tərbiyə edir və yetişdirir.



Livan Əhl-Sünnəsinin baş müftisi əlavə etdi: Həmçinin Livanın Quran qiraəti şeyxləri və ustadları bu ölkədə yüksək ictimai məqam və nüfuz sahibidirlər və İslam və Ərəb ölkələrindən keçirilən Quran hifzi və qiarəti yarışlarında hakimlik edirlər.



O sözünün davamında müqəddəs kitabımız Quran-Kərimi müsəlmanların ilk konstitusiyası və əsas qanunu və həmçinin bütün dini qanunların əsas qaynağı adlandıraraq dedi: Quran-Kərimin ilk nazil olmuş ayələri insanları elmə və savadlanmağa təşviq və dəvət edir. Buna görə də elmlərin ilk və ən yaxşısı hifz,qiraət, təfsir və fiqh kimi Quranla bağlı elmlərdir.



Bu mərasimdə Beyrutun şeyxul-qürralarından olan Şeyx Məhəmməd Əkavi də çıxış etdi və sonra fərqlənən şagirdləri mükafatlandırdılar.



3461072

Teqlər: quran ، hifz ، qiraət ، beyrut ، livan
Ad:
E-poçt:
* Comment:
* captcha: